"Whatsapp"da daha bir yenilik — Artıq sizi narahat edən insanları...

SOSİAL MEDİA 15 yan 2023, 14:28
"WhatsApp” qarşı tərəfi bloklamaq üçün daha asan və daha sürətli olacaq qısayol üzərində çalışır. 

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, sınaq mərhələsində olan bu yeniliyin təhlükəsizlik baxımından funksional olacağını düşünülür. 

"WhatsApp”ın bloklama qısayolu sayəsində istifadəçilər həmin şəxsin profilinə daxil olmaq məcburiyyətində qalmayacaqlar.  Bununla, artıq sizi narahat edən insanları söhbət ekranındankı qısayol vasitəsilə əngəlləyə biləcəksiniz 

"Whatsapp" bu yenilik vasitəsilə insanların işlərinin daha da asanlaşacağı qənaətindədir. Yeniliyin nə vaxt tətbiq ediləcəyi haqda hələ ki, məlumat verilməyib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top