Ağ Ev ABŞ prezidenti Co Baydenin vəkillərinin Wilmingtondakı evinin qarajında məxfi sənədlər tapdığını təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Sənədlər anbar otağında şəxsi və siyasi sənədlər arasından tapılıb. Qaraja bitişik otaqda daha bir sənəd tapılıb.
Vəkillər Baydenin "Rehoboth Beach"-dəki evində də axtarış aparıb, lakin orada heç nə tapmayıblar.
Qeyd edək ki,l ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Komitəsi hazırkı Amerika liderinin vitse-prezident olduğu dövrə aid məxfi sənədlərin aşkarlanması ilə bağlı araşdırma aparılmasını tələb edib . Daha sonra Baydenin köməkçiləri Ağ Evin rəhbəri ilə bağlı məxfi sənədlərin ikinci partiyasını tapıblar .
ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snouden istehza ilə deyib ki, Bayden daha çox məxfi sənədləri özü ilə götürüb.
Leyla
Demokrat.az