Havada həyəcanlı anlar — Uçuş zamanı təyyarənin yük qapısı açıldı (VİDEO)

DÜNYA 10 yan 2023, 23:13
Rusiyada uçuş zamanı 6-sı ekipaj üzvü olmaqla 25 nəfərin olduğu təyyarədə həyəcan dolu anlar yaşanıb.

Demokrat.az
Türkiyə mediasına istinadən xəbər verir ki, baqajı yükləmək üçün istifadə edilən təyyarənin arxa hissəsindəki qapı qəfildən açılıb.

Hadisədən qısa müddət sonra məcburi eniş edən təyyarədə heç kimin zərər görmədiyi və hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilib.

Təyyarədə qapının açılması ilə yaşanan anlar sərnişinlər tərəfindən anbaan lentə alınıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top