Ukraynanın ilkin bərpasına nə qədər pul lazımdır? — Şmıqal açıqladı

DÜNYA 10 yan 2023, 22:05
Ukraynanın baş naziri Denis Şmıqal Ukraynanın bərpasının ilk mərhələsi üçün nə qədər pula ehtiyacı olduğunu açıqlayıb.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Nazirlər Kabineti bu bərpa üçün dörd əsas maliyyə mənbəyi müəyyən edib.

"Nazirlər Kabineti bu il Rusiyanın genişmiqyaslı işğalı nəticəsində zədələnmiş və məhv edilmiş əmlakın bərpası üçün 17 milyard dollar almağı planlaşdırır . Hazırda bərpa üçün ümumi məbləğ təxminən 110 milyard UAH təşkil edir. Ümumilikdə, bu il biz zədələnmiş və məhv edilmiş əmlakın bərpası üçün 17 milyard dollar və ya 680 milyard UAH alacağımızı gözləyirik", - baş nazir Denis Şmıxal hökumətin iclasında deyib.

Baş nazirin sözlərinə görə, Nazirlər Kabineti bu bərpa üçün dörd əsas maliyyə mənbəyi müəyyən edib:

" Birincisi, bunlar müsadirə edilmiş Rusiya vəsaitləridir. Hökumət artıq Rusiya banklarından müsadirə olunmuş 17 milyard qrivna vəsaiti  büdcə Fonduna göndərib.

Rusiyanın Ukraynadakı aktivlərinin müsadirə edilməsi prosesi davam edir. Biz müttəfiq ölkələrdə buna başlamaq üçün çalışırıq. İkinci maliyyə mənbəyi birbaşa dövlət büdcəsindən olacaq .Hökumət üçüncü mənbə kimi beynəlxalq tərəfdaşların vəsaitlərini müəyyən edib. Artıq bu istiqamətdə ilk addımlar var. Birləşmiş Ştatlar Ukraynanın bərpası üçün 1,4 milyard dollar və ya 56 milyard UAH-dan çox vəsait ayırmaq qərarına gəlib. Biz bu vəsaitin yaxın vaxtlarda gəlməsini gözləyirik. Dördüncü mənbə, yaradılmasının təşəbbüskarı Prezident Volodimir Zelenskinin olduğu "United24" platformasında toplanan dünyanın hər yerindən daxil olan donorların vəsaitləridir"

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top