Braziliya millisi və “Barselona”nın sabiq hücumçusu öldü

İDMAN 08 yan 2023, 22:17
Braziliya millisinin sabiq hücumçusu, Dinamit kimi tanınan Karlos Roberto de Oliveyra 68 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə onun karyerasının böyük hissəsini keçirdiyi “Vasko da Qama” klubunun saytında məlumat verilib.

İdmançının ölüm səbəbi bağırsaq xərçəngi olub.

Roberto 1971-1979-cu illərdə və 1980-1993-cü illərdə “Vasko da Qama”da çıxış edib, oynadığı matçların (1110) və vurulan qolların (708) sayına görə klubun rekordçusu olub.

O, həmçinin İspaniyanın “Barselona”, Braziliyanın “Portuqaliya” və “Kampo Qrande” klublarında da çıxış edib. 2008-2014-cü illərdə artıqk eçmiş futbolçu “Vasko da Qama”nın prezidenti vəzifəsində çalışıb.

Braziliya millisinin heyətində futbolçu 38 oyun keçirib və 20 qol vurub. Milli komanda ilə Dünya Çempionatının bürünc mükafatçısı (1978), Amerika Kubokunun gümüş (1983) və bürünc (1975) mükafatçısı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top