YapiKredi Müraciət Forması
Sosial

“Azəriqaz” Samuxda sahibkarlarla görüşəcək

“Azəriqaz” Samuxda sahibkarlarla görüşəcək

“Azəriqaz” İstehsalat Birliyinin (İB) KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Samux rayonunda təşkil olunacaq.

İB-dən Demokrat.az-a bildirilib ki, görüş Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) keçiriləcək. Səyyar qəbul otağı yanvarın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

D
demokrat.az