Pele və Maradonanın əfsanəvi VİDEOSU

İDMAN 31 dek 2022, 10:27
Pele və Maradona 20-ci əsrin iki əsas futbolçusudur. Bəli, zaman-zaman bir-birinə qarşı tənqidi fikirlər söyləsələr də, amma əslində bir-birlərini dəlicəsinə qiymətləndirirdilər. 2012-ci ildə Pele hətta Dieqonun əslində ona aşiq olduğunu demişdi.

Demokrat.az
xarici mediaya istinadla xəbər verir ki, 2005-ci ildə isə Pele Maradonanın "Noche del 10" verilişinin ilk qonağı olub. İki əfsanə forma mübadiləsi aparıb, sonra isə argentinalı etiraf edib: "Mən həmişə sizinlə baş-başa topa zərbə vurmağı xəyal edirdim". 

63 yaşında belə bu, Pele üçün problemə çevrilməmişdi.

Dieqo və Edson 27 dəfə heç gərginləşmədən topu başları ilə bir-birinə atıblar. Və qucaqlaşıblar. 

Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top