İran bu gecə dəniz təlimlərinə başlayır

DÜNYA 29 dek 2022, 18:31
İran Hind okeanının şimal hissəsində təlimlər keçirməyi planlaşdırır.

Bu bəyanatla İran admiralı Həbibullah Siyari çıxış edib.

Hörmüz boğazının şərq hissəsində, Hind okeanının şimal hissəsində şimal enliyinin 10-cu paralelinə qədər keçiriləcək "Zülfikar 1401" təlimi bu gecə başlayacaq.
Təlimlərdə dəniz qüvvələri ilə yanaşı, quru qoşunlarının müxtəlif hissələri iştirak edəcək, hava hücumundan müdafiə sistemləri və strateji bombardmançı təyyarələr iştirak edəcək.

Admiral təlimin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması olduğunu bildirib.
Bundan əvvəlki dəniz təlimləri oktyabrın 12-də Omanla birgə keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top