Seymur Talıbovun qurbanı olduğu deyilən qız bütün həqiqəti DANIŞDI — VİDEO

GÜNDƏM 29 dek 2022, 14:10
Naxçıvanda Talıbovlar tərəfindən zorlandığı iddia olunan, şərti adı Günay olan qız atasının və yaxınlarının irəli sürdüyü iddialarına cavab verib. Onun dediyinə görə, Seymur Talıbov və Səhət Həbibbəyliyə məxsus obyektlərdə işləsə də bu adamları şəxsən görməyib. Culfanın icra başçısı Siyam Hacıyev isə ona yalnız kömək edib.

Doğma atası ilə münasibətlərinin ən xırda detallarının açıq şəkildə nəql olunduğu məktubda iddia edilir ki, Günay öz atasının cinsi sataşmalarına məruz qalıb və bu səbəbdən evini tərk etməli olub. Bir müddət Culfa rayon Mədəniyyət mərkəzində işləyən Günay daha sonra “Nəqşi cahan”a aid restoranlardan birində ofisiant olaraq xidmət göstərib. “Nəqşi cahan”a aid restoran bağlandıqdan sonra “Dan yeri” şirkətində özünə iş tapıb. Həmin obyektlərdə işləyərkən əxlaqsızlıqla məşğul olmadığını vurğulayan Günay başına gələn bütün bəlaların günahını doğma atasının əxlaqa zidd hərəkətlərində görür.

Hazırda atasından başqa ailəsinin digər üzvləri ilə əlaqə saxladığını bildirən Günay azad düşüncəli insan olduğunu və kiminsə təsiri altında qalacaq qədər zəif xarakterə malik olmadığını vurğulayıb.

Bu gün saat 13.30-da “Canlı debat” verilişində sözügedən qız və zamanında yanında çalışdığ Əbrəqunus Mədəniyyət Evinin müdirəsi Rəsmiyyə Məmmədova danışacaq və bütün gerçəkləri danışacaqlar.

Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top