"Mən hər kəsdən xahiş edirəm ki, öz şəxsi ambisiyalarını kənara qoyub..."

DÜNYA 28 dek 2022, 21:59
"Ukraynalıların birliyi nə qədər möhkəm olsa, Ukraynanın Rusiya Federasiyası üzərində qələbəsi bir o qədər tez olacaq"

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Əgər kimsə Ukraynanın müstəqilliyinə qarşı - siyasi, iqtisadi və ya mənəvi  əleyhinə olmağa cəhd etsə, dərhal və sərt cavab veriləcək.

Ukraynalılar öz birliyini qorumalıdırlar, bu barədə o, Ukraynanın daxili və xarici vəziyyəti ilə bağlı Ali Radaya illik müraciətində bildirib.

Dövlət başçısı əlavə edib ki, ukraynalılar birlikdə bərabər olmalıdır.

" Mən hər kəsdən xahiş edirəm ki, öz şəxsi ambisiyalarını kənara qoyub, ümumi Ukraynanı qorumaq üçün çalışsın. Buna görə dövlətlə birgə çalışmaq lazımdır"-deyə Zelenski bildirib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top