Messinin qaldığı otaq muzeyə çevriləcək

İDMAN 28 dek 2022, 08:31
Argentina millisinin dünya çempionatında çıxışı zamanı Lionel Messinin Dohadakı Qətər Universitetinin kampusununda qaldığı otaq muzeyə çevriləcək.

Demokrat.az-ın məlumatına görə, Messi “B201” nömrəli otaqda qalıb. Otaqda iki nəfərlik çarpayı, stol, kreslo, televizor və sarı yastıqlı boz divan var. Qapının üstündə “L.Messi” yazılıb.

Qeyd edək ki, Argentina millisi dekabrın 18-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olub.

Bundan sonra Lionel Messi bütün idman karyerasında ikinci dəfə Dünya Kubokunun ən yaxşı oyunçusu kimi tanınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top