Dünya

"Rusiya Ukraynanı tərk edəcək"— Çexiya Prezidenti

Rusiya Ukraynanı tərk edəcək— Çexiya Prezidenti

Çexiya prezidenti Miloş Zeman Ukraynaya hərbi yardım da daxil olmaqla, dəstəyin davam etdirilməsinə çağırıb və deyib ki, Rusiya sonda Ukraynadan geri çəkilməli olacaq.

Demokrat.az bu barədə LRT- yə istinadən xəbər verir.

"Mən əminəm ki, gec-tez azad ölkələrin təzyiqi Rusiyanı Ukrayna ərazisini tərk etməyə məcbur edəcək", - Zeman televiziyada ənənəvi Milad müraciətində vurğulayıb.

O bildirib ki, o, həmişə ölkəsi ilə Rusiya arasında ədalətli iqtisadi münasibətlərin tərəfdarı olub.

“Lakin hazırda dünyanın və Çexiyanın təhlükəsizliyi təhdid altındadır. Əminəm ki, Rusiya ordusunu Ukraynadan çıxaracaq"-deyə o qeyd edib.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl Zeman Aİ-nin Rusiyaya qarşı sərt sanksiyalarının əleyhdarı sayılırdı, ona görə də o, tez-tez “rusiyapərəst” mövqeyinə görə tənqid olunurdu.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova