Peskov: “Rusiya, Ermənistan və Azərbaycan liderləri MDB sammiti çərçivəsində söhbətləşə bilərlər”

DÜNYA 26 dek 2022, 19:38
Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində bir-biri ilə söhbətləşə bilərlər.

Bu barədə bazar ertəsi Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində bildirib.

O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.

“Formal olaraq biz üçtərəfli görüş təyin etməmişik, lakin kuluarlarda onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Kreml sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top