![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2022/12/16/1/d29985f3-a6d5-46a9-aacf-6f67877b7c33/xankendi.jpg)
"Biz partiya olaraq Xankəndi-Şuşa yolunda baş verən hadisələrlə bağlı daim məlumatlar alırıq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Partiya sədri bu aksiyada iştirak etmək istədiyini vurğulayıb:
"Partiyalarla əlaqədar qurum yaranıb, Prezident Aparatında şöbə var. Çalışırıq ki, şöbə ilə fikirlərimizi razılaşdıraq. Bir neçə vətənini, xalqını sevən partiya sədrləri də burada iştirak etmək istəyir. Amma, içimizdə elələri var ki, satqınlıqla məşğuldurlar. REAL partiyası gizli şəkildə xaricdəki olan erməni diasporasıyla əlaqəyə girib, satqınlıq edirlər. O cümlədən Kərimov Əli bu yöndə ciddi təxribat işləri aparmaqla məşğuldurlar. Bununla bağlı öz fikirlərimizi yaxın günlərdə bildirəcəyik".
Partiya sədri Xankəndinə mer getmək arzusunda olduğunu diqqətə çatdırıb:
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2022/12/21/1/249dc6f2-dba2-46ff-ae3f-405889049ecd/hafiz-haciyev.jpg)
"Düşünürəm ki, yaxın günlərdə torpaqlarımızı erməni terroristlərdən azad edəndən, eyni zamanda Rusiya ordusu bizim torpaqlarımızdan çəkiləndən sonra, əlbəttə ki, biz Xankəndində xalqımıza, dövlət başçımıza hər an xidmət etməyə hazırıq. Ona görə də, bu yöndə işlər aparırıq. Bizim Xankəndidə olan ermənilərin müəyyən hissəsiylə əlaqələrimiz var. Onlar da istəyirlər ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər, Azərbaycanın qanunları və rəhbərliyi altında işləsinlər. Bunlar da o ermənilərdir ki, vaxtilə orada anadan olublar. Bunlar açıq şəkildə bizə deyirlər ki, bizə separatçılar, xaricdən gələn ermənilər imkan vermirlər. Qorxudurlar ki, belə addım atsanız öldürə də bilərik. Onların imzalarının toplanması gizli şəkildə də olsa gedir. Mənə oradan verilən məlumata görə, onlar bu yöndə işlər aparırlar. Hər halda terroristlərin təzyiqi altından çıxandan sonra biz sizlə bir yerdə yaşamağa hazırıq. Yaxın vaxtlarda Xankəndində özümüzüm dövlət strukturlarını tətbiq edəcəyik. Xankəndidə mer olmağımız və ya başqasının mer olması realdır. Biz heç vaxt bu arzudan, bu fikirdən vaz keçməmişik. Əsaq məqsəd ondan ibarətdir ki, dövlət başçısını sadiq olan, milli qüruru olan insanlar Xankəndinin meri olmalıdır, çünki ora çox qorxulu yerdir. Orada nə rüşvət almaq mümkün deyil, orada bizim hökumətin bəzi qollarında yerləşənlər rüşvətdən ötəri özünü öldürür. Hay-həşir çəkir, getsinlər orada torpaq satsınlar. Biz bunlara imkan verməyəcəyik. Çalışacağıq ki, dövlət başçısının şəffaf şəkildə idarə etməsini axıra qədər onun yanında olaq".
Aynurə
Demokrat.az