Mask: “Axmaq birini tapan kimi istefa edəcəm ”

SOSİAL MEDİA 21 dekabr 2022, 08:43
Tvitterin sahibi  İlion  Mask bu dəfə şirkətə baş direktor axtarışındadır.

Demokrat.az
xəbər verir ki, bununla bağlı özü məlumat verib .

O, tvitter hesabından paylaşım edərək "Bu işi öhdəsinə götürəcək qədər axmaq birini axtarıram. Belə birini tapan kimi vəzifəmdən istefa verəcəm. Bundan sonra yalnız proqram təminatı və server komandalarını idarə edəcəm" sözlərini yazıb .

Məlumat üçün xatırladaq ki, bazar günü tvitterdən istefa verib - verməməsi ilə bağlı sorğu keçirən Mask çıxan nəticəni qəbul edəcəyini bildirmişdi .

Sorğuda 17 milyon 500 mindən çox insan iştirak edib. 

Sorğunun nəticələrinə görə iştirakçıların 57,5 faizi Maskın getməsinə, 42,5 faiz isə davam etməsinə üstünlük verib.

Sorğudan sonra ABŞ mətbuatında Maskın fəal şəkildə  tvitterrə yeni baş direktor axtardığına dair xəbərlər yayımlanıb.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 dekabr 2024, 10:38
29 dekabr 2024, 09:40
Top