Laçının deputatı: Etirazlar davam etməlidir

GÜNDƏM 20 dek 2022, 12:33
"Ötən iki il müddətində gördük ki, üçtərəfli bəyanatın ayrı-ayrı maddələri icra edilmir. Bu, sülhün və təhlükəsizliyin təhdidi kimi qiymətləndirilməlidir".

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Laçının deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, bu gün Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan ekologiyasına zərər vurulması, təbii sərvətlərin daşınması, Qarabağda fəaliyyət göstərən hərbi xuntanın Ermənistan tərəfindən maliyyə vəsaiti ilə təmin edilməsi beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirilməlidir. Bunlar dünyanın gözü qarşısında baş verir.

"Monitorinqlərə şərait yaradılmaması göstərir ki, Rusiya sülhməramlıları öz missiyalarını layiqincə yerinə yetirə bilmirlər. Hesab edirəm ki, bundan sonrakı müddətdə 10 noyabr bəyanatının müddəaları yerinə yetirilməyəcəksə, etirazlar davam etməli, Azərbaycana qarşı indiyədək aparılmış iqtisadi cinayətlərin qarşısı alınmalıdır".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top