Rusiyanın kamikadze dronları AES üzərindən uçdu

DÜNYA 19 dek 2022, 20:12
Rusiyanın kosmosa göndərdiyi kamikadze dronları Cənubi Ukrayna Atom Elektrik Stansiyasının üzərindən keçdiyi müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Nüvə Enerjisi Korporasiyası məlumat yayıb.

Qurum  Rusiyanın Ukraynaya dünən gecə təşkil etdiyi hücumlarda Cənubi Ukrayna Atom Elektrik Stansiyasında kamikadze dronların aşkar edildiyini açıqlayıb.

 Enerqoatom səlahiyyətliləri yerli vaxtla saat 00:46-da İran istehsalı olan “Şahed” pilotsuz uçan aparatının atom elektrik stansiyasının üzərindən keçdiyini bildirib.

Energoatom rəsmiləri beynəlxalq nüvə birliklərini, nüvə stansiyalarını müharibə riskindən qorumağa çağıraraq, radiasiya və nüvə təhlükəsizliyinin pozulmasını qətiyyən qəbuledilməzdir olduğunu bəyan edib.

Kiyev meri Vitali Kliçko kamikadze dronlarla edilən hücumlarla bağlı açıqlamasında hücum nəticəsində kritik infrastruktur obyektlərinin zədələndiyini və elektrik enerjisinin kəsildiyini bildirib. Kliçko bildirib ki, mühəndislər dəymiş ziyanı aradan qaldırmaq üçün çalışırlar.

Kiyev vilayətinin qubernatoru Oleksiy Kuleba bildirib ki, 20 pilotsuz təyyarədən təxminən 15-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, Kiyev vilayətində isə bəzi evlərə ziyan dəyib.

Qeyd edək ki, verilən açıqlamada hücum zamani itki olmadığı bildirilib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top