Siyasi partiyalarla bağlı qanun layihəsi DƏYİŞDİRİLDİ

SİYASƏT 16 dek 2022, 12:08
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsində müəyyən dəyişikliklər edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Belə ki, 1.1.4-cü və 12.7-ci maddəsində dəyişikliklər edilib. Bundan əlavə, siyasi partiya üzvlərindən 5.3, 20.10 maddələrinin identifikasiya tələbi çıxarılır.

Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi./modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top