“Putindən sonrakı gələcəkdən qorxmaq lazım deyil...”

DÜNYA 12 dek 2022, 08:55
"Rusiyanın Ukraynaya qarşı müharibəsi yalnız Ukraynanın qələbəsi və qlobal təhlükəsizliyin bərpası ilə başa çatmalıdır".

Demokrat.az
xəbər verir ki, bu fikri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak dekabrın 11-də "Tvitter"də ifadə edib.
 
O vurğulayıb ki, “Putindən sonrakı gələcəkdən qorxmaq lazım deyil”.
 
“Müharibəyə son qoymağın yalnız bir yolu var: Rusiyanın döyüş meydanında hərbi məğlubiyyətləri + sanksiyalarla Rusiya iqtisadiyyatının tükənməsi + Rusiyanın dünya bazarlarından təcrid olunması + Rusiya Federasiyası daxilində daxili sabotaj = Ukraynanın qələbəsi və qlobal təhlükəsizliyin bərpası”, - Podolyak belə yazıb. 
 
Xatırladaq ki, Qərbdə də bəzi şərhçilər Ukraynanın tam hərbi-siyasi qələbəsi və Putin rejiminin çöküşündən sonra Rusiyada, eləcə də Ukraynada daha ciddi problemlərin baş qaldıracağını proqnozlaşdırırlar. Burada Putinin özünün də "Məndən sonra Rusiyada xaos olacaq, daha qəddar lider hakimiyyətə gələcək" düşüncəsini təlqin edən təbliğat aparmasının da böyük rolu var...

Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top