Anar Vəziroğlu məlum qalmaqalın pərdəarxasından danışdı: “Dedilər ki, eşq olsun!”

ƏDƏBİYYAT 09 dek 2022, 14:14
Xəbər verdiyimiz kimi, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişindəki qalmaqalla gündəmdən düşməyən jurnalist Anar Vəziroğlu yenidən həmin efirə qayıdıb.

Onun dava saldığı verilişə yenidən qayıtması müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu dava olduğu günün sabahı yenidən efirə qayıtdığını, teleaparıcı Lalə Azərtaşla bu mövzuda hər hansı problem yaşamadığını bildirib: 

“Həmin qalmaqalın olduğu gündən sonra da mən “Təsir dairəsi” verilişində ekspert kimi fəaliyyətimi davam etdirirəm. Mənə heç kəs gəlmə deməyib, əksinə, deyiblər ki, xoş gəlmisən, eşq olsun. Niyə verilişdən getməliydim ki?! Davadan sonra Lalə xanımla aramızda heç bir problem yaşanmadı. O, hər şeyi yüksək səviyyədə təqdim etdi. Həmin məsələdə Lalə Azərtaşlıq bir şey yox idi. Günah qarşı tərəfdə idi, amma mən həmin xanım haqda ümumiyyətlə, danışmaq istəmirəm. Oldu, keçdi, vəssalam. Həmin xanım buna layiq idi, ya yox, deyə bilmərəm, lakin keçib getdi, cavabını da aldı. Mənim onun bir hərəkəti xoşuma gəlmədi, burada camaatın içində qarşı tərəf (onun adını çəkmək belə istəmirəm) mənə hədə-qorxu gəldi, dedi ki, səni məhkəməyə verəcəyəm. Mən də sevindim ki, hüquqi dövlətdə yaşayırıq, qoy məhkəməyə versin. Amma təəssüf ki, o məni məhkəməyə vermədi. Bundan sonra çıxıb başqa proqramlarda haqqımda danışır ki, “Mən Anarı zəif bildim, məhkəməyə vermədim”. Eybi yoxdur, qadındır, təki öz gücünü mənim üstümdə sınasın... Mən susmağımla onun cavabını verdim”.

A.Vəziroğlu canlı efirdə baş verən davanı “saxta şou” adlandıranlara da cavab verib:

“Mənim 19 yaşım yoxdur, təzə-təzə telekanallara dəvət almıram ki, belə “süni qalmaqallarla” gündəmə gəlim. Mən respublikada yeganə adamam ki, 90-cı ildə üç qəzetdən birini mən açmışam. Yeganə adamam ki, SSRİ vaxtı 29 yaşında baş redaktor olmuşam. Mənim nəyimə lazımdır ki, ssenari qurum, kimsə üstümə su atsın, mən də qayıdıb ona atım və s. Bu mənə lazım idi? Belə şeylərdən uzaq adamam. Mən heç kimin qapısını açıb demirəm ki, sözüm var. Bu məsələdə qurama yox idi. Əgər belə olsaydı, vicdanım haqqı sizə açıq şəkildə bunu deyərdim”.

Xatırladaq ki, “Təsir dairəsi” verilişində  Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atmışdı. Aparıcı Lalə Azərtaj isə "bu, mənə qarşı hörçətsizlikdir" deyib eksperti qınamışdı. Sözügedən hadisədən sonra Anar Vəziroğlu mühafizəçilərin köməyi ilə efirdən uzaqlaşdırılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top