“Molla rejimi regional sabitliyin pozulmasında əsas ünsürlərdən birinə çevrilib”

SİYASƏT 09 dek 2022, 12:30
“Molla rejimi Azərbaycana qarşı təxribatını davam etdirir. Əslində, rejimin bu dəfə Ermənistana yeni silah tədarük etməsi gözlənilməz hadisə deyil. Bilirik ki, Azərbaycan müstəqilliyini qazanan dövrdən bəri İran rejimi Azərbaycana düşmən mövqeyi  sərgiləyir və Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistana ciddi dsətək verib”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq vurğulayıb ki, İran işğal dövründə də Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi istiqamətlərdə dəstəyini davam etdirib.

“İran rejiminin əsas marağı Azərbaycanın çox zəif bir durumda olmasıdır. Çünki İran inkişaf etmiş, cazibədar bir Azərbaycanı özü üçün təhdid hesab edir. Bu baxımdan İranın Azərbaycana qarşı tutduğu düşmən mövqeyi təəccüblü deyil. Xüsusilə də, 44 günlük savaşdan sonra Azərbaycan Ermənistan üzərində parlaq qələbə qazanıb və bölgədə yeni realllıqlar yaratdı. Öz torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi. Ondan sonrakı dövrdə Azərbaycan aktiv regional siyasət aparması da İranı çox da məmnun edəcək bir proseslər deyildi. O baxımdan İran Güney Qafqazda özünün maraqlarını təmin etmək və Azərbaycanın inkişafının qarşısını almaq üçün müttəffiqlər seçib və bu müttəffiqlər konkret olaraq Ermənistan və o cümlədən Rusiyadır. İran hesab edir ki, Rusiya və Ermənistanla müttəffiqlik edərək həm Azərbaycanı bölgədə sıxışdırmaq imkanı qazanacaq, eyni zamanda qardaş Türkiyənin Güney Qafqazda artan rolunu və təsir imkanlarını neytrallaşdırmağa çalışacaq”. 

Politoloqun sözlərinə görə, İran Güney Qafqazda Türkiyənin artan rolunun qarşısını almaq üçün bu cür təxribatalar əl atır.

“Təbii ki, Azərbaycana düşmən mövqeyini davam etdirməyə qərarlıdır ki, bunu da davam etdirir. Amma bu təhdidlərin qarşısını Azərbaycan və Türkiyənin birgə sıx əməkdaşlığı heçə endirir. Necə ki, biz bu qardaşlığı, müttəfiqliyi son bir neçə gün əvvəl “Qardaş yumruğu” adlanan hərbi təlimlərdə də gördük və Türkiyə rəsmiləri tərəfindən verilən açıqlamalar da məhz İrana yönəlik açıqlamalardır. Orada konkret olaraq, Azərbaycana qarşı hər hansı bir təhdidin Türkiyəyə qarşı yönələcəyi kimi dəyərləndiriləcəyi qeyd olundu. Bundan sonra da İranın mövqeyində biz ciddi dəyişiklik görməyəcəyik. İran bu düşmən mövqeyi davam etdirəcək, o zamana qədər ki, İranda normal bir rejim bərqərar olunsun. İnsan hüquqlarına, qonşularına və öz vətəndaşlarına sayqı duyan bir hakimiyyət formalaşsın. O zamana qədər İran bu cür tək Azərbaycana deyil, Yaxın və Orta Şərqdəki qonşularına və özü ilə sərhəddə olan digər qonşularının daxili işlərinə qarışmaqdan, oradan təxribatlar törətməkdə çəkinməyəcək. Necə ki, 43 ildə mövcud olan molla rejimi məhz bu siyasətlə qonşuların daxili işlərinə qarışaraq, regional sabitliyin pozulmasında əsas ünsürlərdən birinə çevrilib”.  

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top