“Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışırlar” — Zaxarova Aİ-nin Zəngəzur missiyasını ittiham etdi

DÜNYA 08 dek 2022, 17:16
“Avropa İttifaqı mövcudluğu ilə öz təsirini qorumağa və son nəticədə Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır”.

Demokrat.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, azərbaycanlı və erməni həmkarları ilə təmaslar zamanı bu məsələ mütəmadi olaraq müzakirə olunur.

“Biz Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə istənilən yolla sızmaq istəyindən xəbərdarıq. Sadəcə olaraq, varlığını ortaya qoymaq və sonda Rusiyanı bölgədən sıxışdırmaq üçündür… Bu onların arzusudur. Cənubi Qafqazda qeyri-regional amilin güclənməsi ilə bağlı diametral əks fikirlər mövcuddur. Həm Bakı, həm də İrəvanla təmaslarda bu mövzu müntəzəm olaraq müzakirə olunur”, – Zaxarova deyib.

Onun sözlərinə görə, hər şey onu deməyə əsas verir ki, Aİ Cənubi Qafqazdakı fəaliyyətində öz fürsətçi maraqlarını rəhbər tutur: “Azərbaycanla sərhəddə Ermənistan tərəfində Avropa İttifaqının monitorinq missiyasının müddətinin uzadılması barədə qərar qəbul edilərsə, biz bu məqamı daha ətraflı şərh edəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top