Ukraynanın Haaqada Rusiyaya qarşı iddiasına Niderland və Kanada da qoşulub

DÜNYA 07 dek 2022, 22:24
Kanada və Nideland Ukraynanın Rusiya Federasiyasının soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinə verdiyi iddiaya qoşulub.

Demokrat.az bildirir ki, bu barədə Kanadanın Qlobal İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün, dekabrın 7-də Kanada və Niderland hökumətləri Ukraynanın BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı qaldırdığı işə müdaxilə ilə bağlı bəyanat veriblər"

Bəyanatda vurğulanıb:

"Biz  bir daha Rusiyanı Ukraynadakı hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırırıq. Rusiyanın bu sərəncama əməl etməməsi beynəlxalq öhdəliklərinin növbəti dəfə pozulmasıdır"

Xatırladaq ki, noyabrın 17- də Haaqa məhkəməsi 2014-cü ildə Donbas üzərində səmada vurulan sərnişin təyyarəsi ilə bağlı hökm çıxarıb.

Leyla
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top