Əlisa Nicat qadınları təhqir edib? — VİDEO

ƏDƏBİYYAT 06 dek 2022, 18:00
Azərbaycan filosofu, tanınmış yazıçı Əlisa Nicat qadınlarla bağlı onun adından səsləndirilən fikirlərə münasibət bildirib.

Bununla bağlı İN Media yutub kanalına açıqlama verən filosof həmin fikirlərin ona məxsus olmadığını söyləyib.

O bildirib ki, qadınlar haqqında səsləndirdiyi fikirlər Almaniyanın tanınmış professoru, tibb elmləri doktoru Mobiusa aiddir: “Məni guya qadınlarımız haqqında xoşa gəlməyən fikirlər irəli sürməkdə ittiham edirlər. Amma hər kəsə məlumdur ki, mən elə bir fikirdə olmamışam. Həmin fikirlər müəllifin “Qadınların fizioloji ağıldan zəifliyi” adlı kitabında yer alıb. Bu, bütün qadınları, yəni qadın cinsindən olanları ağıldan zəifliklikdə ittiham edir. Mən sadəcə oxudumuğu demişəm, oxuduqlarımı çatdırmışam ki, Mobiusun belə bir fikri var. Mən sadəcə cəmiyyətə məlumat vermişəm. Amma bu fikirləri konteksdən çıxarıb mənim adıma yayıblar. Bu da bizim gözəl qadınlarımızın xətrinə dəyib”.

“Mən bütün qadınlarımızı çox istəyirəm və onların qarşısında baş əyirəm”, – yazıçı əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Əlisa Nicatın adından qadınlarla bağlı xoşagəlməz fikirlər yayılıb. Yazıçını “qadın ancaq doğulub və doğmaq üçün yaranıb, qadınların uşaq doğmaqdan başqa heç bir funksiyası yoxdur” fikirlərinin müəllifi olmaqda ittiham ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top