2024-cü il ağır atletika üzrə Avropa Çempionatı Antalyada keçiriləcək

İDMAN 04 dek 2022, 19:48
Avropa Ağır Atletika Federasiyası (EWF) böyüklər arasında Avropa Çempionatının 2024-cü ildə Türkiyədə keçirilməsinə qərar verib.

Çempionat 17-28 fevral tarixlərində Antalya şəhərində baş tutacaq.

"EWF" ötən illərdə Türkiyə Ağır Atletika Federasiyası tərəfindən bir sıra mühüm idman tədbirlərinin uğurla təşkil edilməsinə diqqət çəkib.

"2002 və 2012-ci illərdə Ağır Atletika üzrə Avropa Çempionatları ilə yanaşı, 2001 və 2010-cu il Dünya Çempionatlarının da keçirildiyi Antalyaya qayıtmaqdan məmnunuq", - deyə "EWF"nin açıqlamasında deyilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top