DÇ-2022: Neymar 1/8 final oyununda iştirak edə biləcək

İDMAN 04 dek 2022, 18:45
Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda iştirak edə biləcək.

"Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Tite mətbuat konfransında açıqlama verib. O, 30 yaşlı hücumçunun zədəsini sağaltdığını və meydana çıxmağa hazır olduğunu söyləyib.

Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin ilk tur matçında zədələnən təcrübəli forvard növbəti 2 görüşü buraxıb.

Qeyd edək ki, dekabrın 5-də keçiriləcək Braziliya - Cənubi Koreya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top