Vasif Talıbovun oğlunun sürücüsü həbs edilib?

SOSİAL 04 dek 2022, 10:34
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən Əhmədovu və Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovu qandallayıb Bakıya gətiriblər.

Demokrat.az
xəbər verir ki, hər iki şəxs hazırda DTX-da sorğu altındadır.

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə ittiham olunurlar.

Digər bir məlumata görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də göz altına alınıb. //Ovqat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top