Yoluxanların sayı açıqlandı

SOSİAL 02 dek 2022, 23:40
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 46 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 189 nəfər müalicə olunaraq sağalıb, hazırda 259 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 566, bu günə qədər isə ümumilikdə 7 378 848 test icra olunub.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top