Prezidentin oğlunu təbrik edən müxalifətçi şantaj olunur: “Bunu daha çox o şəxslər etdi ki...”

SİYASƏT 02 dek 2022, 11:20
“Heydər Əliyevi ailə qurması münasibəti ilə təbrik etdim. Təmsil olundugum Müsavat Partiyasının da apardığı mübarizə yolu budur: Saf, ədalətli, şəffaf, hər cür nifrətdən kənar bir yol. Düşüncələrimə qılınc da çəkdilər. Az qala xəyanətkar adlandırılacaq qədər fikirlər səsləndirildi, şantaja qədər yuvarlananlar oldu”.

Demokrat.az
bildirir ki, bunu Müsavat başqanının müavini Osman Kazımov sosial şəbəkədə yazıb. O, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevi ailə həyatı qurması münasibəti ilə təbrik etdiyi üçün təhqirlərə məruz qaldığını qeyd edib:

“Nədən əzizlərim, söyüşə, əxlaqsız davranışa yox dediyim üçünmü? Nəyi satdım, nəyə xəyanət etdim? 

Mənim fiikirlərimdən, düşüncələrimdən istifadə edərək təmsil olunduğum Müsavat Partiyasına qarşı bir şantaj kampaniyasına, qarayaxmaya başladılar. Və bunu daha çox o şəxslər etdi ki... 

Sadəcə, lənət şeytana ki o insanların qəlbinə girib. Mən axı  düşüncələrimi Müsavat Partiyası adından səsləndirməmişdim. Belə şantaj, özünə dəyərsizlik baş ucalığı gətirmir axı. Hakimiyyət indiyə qədər yol verdiyi pisliklərin içindədirsə, bizdəmi elə olmalıyıq, elə düşünməliyik? Mən bu faciə pərdəsinin dövlətimin, xalqımın üzərindən götürülməsini istəyirəm. Hakimiyyətin xarakterini dəyişməsini, xalqımın  yanında olmasın istəyirəm. Hər bir vətəndaşımızın övladının xoş gününü görməsini arzulamışam. Bu məgər süngüiləmi qarşılanmalıdır? 

Süngü çəkənin birindən statusu oxuyub-oxumamasını soruşdum. Dedi oxumayıb. Dedim, bəs oxumadığın yazıya necə qiymət verirsən? 

Əminəm ki, o yazını oxumayıb rəy yazanlar az deyil. Bir qismi səbatsızdır, bir qisminə “yaz” deyiblər yazıb, bir qismi Müsavatı qaralamaq üçün yazıb. Bu mənim yazım, əzizlərim, şəxsi düşüncələrimdir. Yazılan qeyri-obyektiv tənqidlərə, şantajlara, qarayaxmalara baxmayaraq o yazımın üstündə dururam. Xalqını xoşbəxt, dövlətini varlı  ədalətli və firavan görmək istəyən bir vətəndaşın mövqeyidir. Qara niyyətlərdən, kindən uzaq durun. Uzaq durun ki, qarşınıza çıxmasın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top