Gəncədə avtomobili aşdı, xəsarət alanlar var

HADİSƏ 01 dek 2022, 09:12
Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1984-cü il Asif Xəlilov və 2002-ci il Elmir Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top