“Britaniya səfiri “lələ” sözünü burada öyrənib” — Deputatdan AÇIQLAMA

GÜNDƏM 29 noy 2022, 18:43
Britaniya səfirinin mesajında “lələ” sözü ilə müraciət etməsi onun Azərbaycan dilini və ləhcələrini yaxşı bilməsindən xəbər verir.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun Gəncə ləhcəsi ilə paylaşımı haqda danışarkən deyib.

O bildirib ki, cənab səfir Gəncə şəhərində yaşayıb və Azərbaycan dilini də məhz burada öyrənib:

“Ona mənim tanıdığım, bildiyim, çox hörmət etdiyim müəllimlər dərs deyib. “Lələ” kəlməsi Gəncədə işlək sözdür və yaxın, dost, qardaş mənasında deyilir. Səfir bu cür müraciət etməklə öz mesajına, bir növ, şirinlik qatmaq istəyib. Bu baxımdan belə müraciət formasını normal qarşılayıram”.

Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycanda fəaliyyət göstərən səfirlərin bir çoxu dilimizi bilir:

“Səfirlər hansısa təbriklərini, müraciətlərini Azərbaycan dilində yazırlar. Bu isə Azərbaycanın gücündən, qüdrətindən, artan nüfuzundan və bu şəxslərin dilimizə olan hörmətindən xəbər verir. Ümid edirik ki, yaxın gələcəkdə də Azərbaycanda fəaliyyət göstərən səfirlər və ya diplomatik korpus nümayəndələri dilimizi öyrənəcək, hörmətlə yanaşacaqlar”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top