DÇ-2022: Braziliya 1/8 finala yüksəldi

İDMAN 28 noy 2022, 21:55
Futbol üzrə Dünya çempionatında "G" qrupunda ikinci turuna yekun vurulub.

Demokrat.az
-ın xəbərinə görə, meydana mundialın əsas favoritlərindən biri Braziliya və İsveçrə çıxıb.

Gərgin keçən oyunun taleyini bir qol həll edib. "Sambaçılar" rəqib qapısına görüşün 84-cü dəqiqəsində yol tapıblar. Kazemiro qaşısıalınmaz zərbə ilə çempionatda qol hesabını açıb. 

Bu qələbədən sonra Braziliya 6 xal toplayaraq, mundialın 1/8 finalına yüksəlib. İki turun ardından İsveçrə iki oyuna 3 xal yığıb. Kamerun və Serbiya hərəyə 1 xalla 3-4-cü yerləri tuturlar. 

DÇ-2022, qrup mərhələsi
28 noyabr, II tur
G qrupu
20:00. Braziliya – İsveçrə - 1:0

Qol: Kasemiro, 83

Zamiq
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top