Mask “Twitter” istifadəçiləri barədə bunu dedi

SOSİAL MEDİA 27 noy 2022, 17:57
“Twitter” sosial şəbəkəsinin aylıq istifadəçilərinin sayı 1-1,5 ildən sonra bir milyard nəfəri keçəcək.

Demokrat.az xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində dünyanın ən varlı adamlarından biri, amerikalı iş adamı və Twitter sahibi İlon Mask bildirib.

"Mən 12-18 ay ərzində Twitter-in aylıq istifadəçilərinin sayının bir milyardı keçəcəyi perspektivini görürəm", - Mask deyib.

Milyarder Twitter-i aldıqdan sonra dəfələrlə sosial şəbəkədən istifadə edənlərin sayının rekord həddə çatdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top