Neftçilər prospektində “Toyota Prius” qəza törətdi — FOTO

HADİSƏ 26 noy 2022, 20:59
Bakıda daha bir “Toyota Prius” markalı avtomobil qəza törədib. 

Avtosfer.az xəbər verir ki, hadisə Neftçilər prospekti ilə Zorge küçəsinin kəsişməsində baş verib. 10-CY-283 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağına, piyada keçidi nişanına çırpılıb.

Qəzaya səbəb həmin nəqliyyat vasitəsinin qarşısına başqa bir “Toyota Prius” markalı avtomobilin qəflətən çıxması olub. Sürücü hadisədən yayınmaq üçün sükanı sağa çəkərkən maneəyə çırpılıb. Nəticədə avtomobilə xeyli miqdarda ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top