Ceyhun Bayramov belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verdi

GÜNDƏM 26 noy 2022, 19:43
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə nazir tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə xəbər tutdum. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top