“Cüt bacıların bu cəhdi də yenə boşa çıxdı” — Deputat

SİYASƏT 26 noy 2022, 17:08
“Dekabrın 7-də Brüsseldə Ermənistanla sülh danışıqların davam etdirilməsi üçün növbəti üçtərəfli görüş olmalı idi. Amma Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edərək Paşinyanın məlumatını çatdıraraq növbəti görüş ancaq Makronun iştirakı ilə baş tutacağını bildirməsi sülh danışıqların davam etməsinə böyük zərbədir. Azərbaycan Makronun iştirak etdiyi danışıqlar təşəbbüsündən imtina edir. Çünki Makron Paşinyanın bacısıdır və onların məqsədi danışıqlar prosesini əhəmiyyətsizləşdirmək və əbədiləşdirməkdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, Makron Azərbaycana qarşı açıq şəkildə qərəzli münasibət sərgiləyir.

“Frans 2 kanalına verdiyi müsahibəsində də ölkəmizin ünvanına heç vaxt etmədiyi hərəkətlərə görə ittihamlar səsləndirmişdir. 44 günlük Vətən müharibəsi zamanı da Fransa Azərbaycana qarşı BMT TŞ-da qərəzli qətnamə qəbul etdirmək üçün canından-qabığından çıxdı və nəticəsiz qaldı. O cümlədən bu yaxınlarda keçirilən Frankofoniya Sammitində də bacısı Paşinyanla birləşərək yenə Azərbaycana qarşı sənəd qəbul etməyinə cəhd etdi. Azərbaycanın dostlarının müdaxiləsi sayəsində cüt bacıların bu cəhdi də yenə boşa çıxdı. Fransa Senatı Azərbaycana qarşı saxta qətnamə qəbul etmiş, indi isə Milli Assambleyasında da yeni qondarma ittihamlı sənəd qəbul etmək istəyirlər. Fransanın açıq-aşkar şəkildə öz bacısını dəstəkləyərək Azərbaycana düşmən gözü ilə baxdığı halda Makronun danışıqlar prosesində iştirakı absurddur”.

Millət vəkilinin sözlərinə görə, Paşinyanın Makronla bir yerdə danışıqlar prosesində iştirak etmək istədiyini bildirməsi danışıqlar prosesinin dayanması deməkdir. 

“Paşinyanın öz bacısına arxayınlaşaraq danışıqlar prosesini dayandırması cəhdi Ermənistanı məhvə aparacaq. Ermənistanın belə hərəkətləri 44 günlük Vətən müharibəsindən əvvəl də baş vermişdir. O vaxt Ermənistan tankları Bakının küçələrində olacağı ilə bizi qorxudurdu. Zaman onu göstərdi ki, Ermənistanın tankları həqiqətən Bakının küçələrinə gətirilərək Qələbə paradımızda nümayiş etdirildi və indi Hərbi Qənimətlər Muzeyində saxlanılır. Ermənistanın o vaxtkı müdafiə naziri Azərbaycana hədə qorxu gəlmək üçün yeni ərazilər uğrunda yeni müharibə şüarını səsləndirmişdi. İndi həmin müdafiə nazir həbsdədir və barəsində cinayət prosesi davam edir.

 Əgər Paşinyan Fransaya arxalanaraq yenidən müharibə ritorikasına qayıdarsa, bu, Ermənistanın sonu olacaqdır. Azərbaycanın kifayət qədər güclü ordusu var. Həm də Ermənistanın yanında böyük bacısı Fransa olduğu kimi bizim yanımızda da dilimiz, qanımız bir qardaş Türkiyə var. Bizim Türkiyə ilə qardaşılığımız tarixin snaqlarından keçərək möhkəm, sarsılmaz və əbədi olduğu dəfələrlə sübut olunmuşdur. Əgər Fransa Azərbaycan qarşı işğal siyasəyitini yenidən canlandırmaq istəsə bu həm də onlar üçün böyük məğlubiyyət olacaq. Bu da dünyada yeni nizamın meydana gəlməsini sürətləndirəcəkdir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top