Azərbaycan İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi açır — SƏRƏNCAM

XARİCİ SİYASƏT 26 noy 2022, 16:32
Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisi, İsrail Dövlətində səfirliyi açılacaq.

Prezident.az
-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara görə, Fələstindəki Təmsilçilik Ofisi Ramallah şəhərində, İsraildəki səfirlik isə Təl-Əvivdə təsis olunacaq.

Fələstində Təmsilçilik Ofisinin və İsraildəki səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Nazirlər Kabinetinə həvalə olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin və səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top