“Ölkə başçısının ailəsindən nümunə götürək” — Elza Seyidcahan (VİDEO)

ŞOU-BİZNES 23 noy 2022, 16:24
Əməkdar artist Elza Seyidcahan Azərbaycan dilində düzgün danışmayan şəxslərə irad tutub.

Bu barədə bəstəkar OLAY-a açıqlamasında danışıb. Seyidcahan iştirak etdiyi tədbirdə adını düzgün tələffüs etməyən uşağın valideynlərini də tənqid edib:

“Onlar körpədilər, öyrədənlərə irad bildirdim. Səhnənin arxasında idim, aparıcı İslam Mehrəliyev sual verdi, uşaq dedi ki, “Xədiczə”. Belə deyəndə özümdən asılı olmadı, uşaqlığıma getdim, bizim “Qaraca qız” filmindəki dialoqu xatırladım. Tutu ilə Xədicə tanış olur. Adlarını soruşurlar, deyir, “Xədicə”. Bizim dilmizdə “Cz” səsi yoxdur. Amma elə müəllimlər var ki, bu səslə danışırlar.

Onları həmin danışıqlarına görə işdən uzaqlaşdırmaq lazımdır. Bağçalarda müəllimlərin dil qabilliyyətini yoxlamaq lazımdır. Mən övladlarımı bağçaya apardım, müəllimlərin danışıqlarını gördüm, uşaqlarımı həmin məktəbəqədər müəssisəyə qoymadım. Əgər övladım, həmin bağçada Azərbaycana “Azərbayczan” deyəcəksə, niyə ora göndərim?! Evdə uşağımı 4 yaşına qədər öyrədirəm, saitləri, samitləri başa salıram, səsləri izah edirəm. Dilimizdə fonetika niyə var? 

Uşağa baxmaq istəyən dayə gəlir. Görürəm ki, ləhçə ilə danışır. Ləhçələrin qarşısında baş əyirəm, bu, hər birimizdə var. Dağlı dili, Qazax, Şəki ləhçəsi və sairə. Bizim klassik şairlərimiz, Məhəmməd Füzulimiz, Nizami Gəncəvimiz, Nazim Hikmətimiz olub.

Keçən dəfə bir xanım mənimlə foto çəkdirir. Həyat yoldaşına deyir ki, “Mən şəkil cəkdirdim, sən də istəyirsən, cəkdir”. Elə bil başıma qaynar su tökdülər.

Baxıram ki, üzərində 10 min manatlıq geyim var, amma leksikamızı bərbad günə qoyur. Uçuruma gedirik, uçuruma düşmüşük. Özüm üçün demirəm, mənim ailəmdə belə danışan yoxdur. Bəzi ailələr var ki, onlar obyektlərinin sayını itiriblər, uşaqları Azərbaycana “Azərbayczan” deyir. Biz azəri deyilik, “Az-ər-bay-can” deməliyik. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Heç olmasa Ulu öndərimiz Heydər Əliyevdən miras qalan sözləri yaşadaq, ibrət götürək. Məsələn, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva! Görün, Azərbaycanın unudulmuş, dialekt sözlərini necə danışırlar. Hamısını səlist tələffüs edirlər. Baxın, Ölkə başçısının ailəsindən nümunə götürək. Bir şeyi nümunə götürürlər, çalışırlar ki, ledi kimi geyinsinlər. Amma ledinin danışığından bir balaca nümunə götürsünlər”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
08 may 2024, 14:07
Top