Prezident Numan Kurtulmuşu qəbul edib — YENİLƏNİB

XARİCİ SİYASƏT 21 noy 2022, 13:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Məlumata görə, Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

12:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.


 Bununla bağlı AZƏRTAC məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top