İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

REGİON 19 noy 2022, 11:26
İranda etirazlarda 402 nəfər həlak olub.

Demokrat.az
report-a istinadən xəbər verir ki, bu barədə Norveç mərkəzli İran İnsan Haqları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 16 813 nəfər həbs olunub. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top