İki azyaşlı bacının ölümü ilə bağlı araşdırmanın ilkin nəticəsi açıqlandı

SOSİAL 18 noy 2022, 18:13
AQTA və müvafiq qurumlar noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının olümü ilə əlaqədar tərəfindən aparılan araşdırmalar nəticəsində ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib.

Hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırır. Bildirilir ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top