Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı — YENİLƏNİB

İNFRASTRUKTUR 13 noy 2022, 13:33
"Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə Demokrat.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən təyyarə əlverişsiz hava səbəbindən hava limanına qayıtmaq məcburiyyətində qalmışdı.  

***12:26

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Demokrat.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top