Peyvənd olunanların sayı açıqlandı — FOTO

SOSİAL 11 noy 2022, 17:00
Azərbaycanda son sutkada 719 nəfər vaksinasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 179 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 285-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 59 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 914 719 olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top