“Azərbaycan Ordusunun tarixi zəfəri bölgədə davamlı sülh və əmin-amanlıq ümidləri yaradıb” — Türkiyə XİN

XARİCİ SİYASƏT 08 noy 2022, 10:36
Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Demokrat.az
xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter hesabında paylaşım edilib.

"İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü təbrik edirik. Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub. Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycan ilə həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - paylaşımda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top