Gəlinin köməyinə qayınanası çatdı — Supernənə nəvəsini dünyaya gətirdi

MARAQLI 07 noy 2022, 23:49
Nensi Hauk adlı qadın öz nəvəsini dünyaya gətirib.

Demokrat.az
"Haberler.com"a istinadla xəbər verir ki, qeyri-adi hadisə ABŞ-ın Yuta ştatında baş verib.

Kembria adlı qadın əkiz uşaq dünyaya gətirdikdən sonra, növbəti dəfə ana olmaq istəyib. Lakin bir uğursuz hamiləlik keçirdikdən sonra bir daha ana ola bilməyəcəyini öyrənib.  

Buna baxmayaraq, cütlük israrla növbəti dəfə valideyn olmaq üçün keçmis müalicədən saxladıqları embrionlari istifadə etməyi düşünürlər. Lakin bunun çox təhlükəli olduğunu öyrəndikdən sonra çıxış yolu axtarmağa başlayıblar. Belədə, Kembrianin köməyinə 56 yaşlı qayınanası Nensi çatıb. 5 uşaq anası olan Nensi surroqat ana olaraq nəvəsini dünyaya gətirməyi təklif edib. Tibbi yoxlanışlardan keçən və yaşına görə çox yaxşı ana olacağı təsbit edilən Nensi, embrion transferindən sonra hamilə qalır. Doqquz saatlıq doğum sancısı çəkən qadın nəvəsi Hannanı dünyaya gətirir. 

Hazırda körpənin vəziyyəti yaxşıdır, onun çəkisi 3 kiloqram, uzunluğu 50 sm-dir. 

"Mən onlara körpəni daşımağı təklif etdim. Yaşlı olduğumu bilirdim. Hətta bunun mümkünsüz olduğunu da. Buna baxmayaraq, bu fikri təklif etməli olduğumu hiss etdim. Hətta bilirdim ki, bu hərəkətlə çox adam məni dəli adlandıracaq" - deyə qadın bildirib.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top