Bakıda məktəb direktoruna yeni vəzifə verildi — FOTO

SOSİAL 03 noy 2022, 16:33
Bakı şəhəri 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova tutduğu vəzifədən azad edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Həcər Mahmudova paytaxtdakı 30 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl 211 nömrəli məktəbin direktoru H.Mahmudovanın bəzi şəxsləri laborant adı ilə işə götürməsi və onların xadimə kimi çalışdığı barədə məlumat yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2022, 22:56
Top