“Yelo Bank”ın Mərkəzi Banka borcu artıb

MALİYYƏ 01 noy 2022, 13:13
“Yelo Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankına borcu artıb.

Demokrat.az
bankın hesabatlarına əsasən xəbər verir ki, 2022-ci ilin sentybrın 30-na bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 87,424 mln manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

Qeyd edək ki, cari ilin üçüncü rübünün yekununda “Yelo Bank”ın cəmi aktivləri 795,605 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur. Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 42,2% artaraq 580,437 mln manat, depozit portfeli 77,8% artaraq 550,379 mln manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 69,3% artaraq cari ilin sentyabrın 30-na 721,969 mln manat təşkil edib, cəmi kapitalı isə illik müqayisədə 6,3% artaraq 73,636 mln manata yüksəlib. 

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir. /olke.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top