Vəzifəli şəxs işindən azad olundu

SOSİAL 31 okt 2022, 20:55
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb.

O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.

R.Qurbanovun yerinə hələ təyinat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top