Arzuman Abdulkərimov partiya yaradır? — AÇIQLAMA

DAXİLİ SİYASƏT 31 okt 2022, 19:40
“Ana Vətən Partiyasından istefamla bağlı verdiyim açıqlamada da qeyd etmişəm ki, bundan sonra daha çox müstəqil siyasətçi kimi fəaliyyət göstərəcəyəm. Bildiyiniz kimi, hazırda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirə olunur. Düşünürəm, qanun qəbul ediləndən sonra siyasi partiyaların durumunda, ölkədə siyasi proseslərin gedişində yeni bir mərhələ yaranacaq. Qanun qəbul edildikdən sonra partiyalaşma sahəsində, partiyaların gələcəkdə necə formalaşması barədə səhnə aydınlaşacaq. Düşünmürəm ki, hazırda yeni siyasi partiyanın yaradılması barədə danışmaq olar, amma gələcəkdə bu məsələyə baxıla bilər”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Ana Vətən Partiyasının keçmiş sədr müavini, Birinci Qarabağ müharibəsi qazisi Arzuman Abdulkərimov deyib.
 
A.Abdulkərimov AVP ilə Gələcək Azərbaycan Partiyasının birləşəcəyi, rəhbər şəxslər sırasında özünün də yer alacağı barədə iddialara münasibət bildirib: “Bu barədə mətbuatdan oxumuşdum. Amma belə danışıqların içində olmamışam. Saytlarda məlumalatları oxuyandan sonra bəzi dostlardan maraqlandım ki, nə məsələdir. GAP-ın sədri Ağasif Şakiroğlu ilə telefon əlaqəsi saxladım. Partiyaların birləşməsi barədə Ağasif bəylə də heç bir danışığımız olmayıb. Çünki AVP-nin sədri var və bu danışıqları aparmaq sədrin səlahiyyətlərindədir. GAP və AVP sədrləri arasında belə bir danışığın olub-olmaması barədə də məndə heç bir məlumat yoxdur”.
 
O deyib ki, istefa ərizəsini partiya sədri Fəzail Ağamalıya şəxsən təqdim edə bilməyib: “Sözün açığı, bir az işlərim çoxdur. Ərizəmi yazıb partiyanın rəsmi elektron poçt ünvanına göndərdim. Sədrin köməkçisi ilə də bu barədə danışdıq, artıq məlumatlıdır. Ərizə artıq partiyaya daxil olub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top