“Anar müəllim də, Çingiz müəllim də bu nəzakətsiz davranışa aydınlıq gətirməlidir” — Azər Həsrət

GÜNDƏM 27 oktyabr 2022, 13:00
“Əlbəttə ki, bu görüntülər xoş deyil. Çox hörmətli Anar Rzayevin də, Çingiz Abdullayevin də jurnalistlərlə bağlı işlətdiyi ifadələr, sərgilədikləri davranış, əlbəttə onlarla bağlı biz də təəssüf hissi doğurur. Yəni, biz onları müdrik, ağsaqqal, yaşlı-başlı, təcrübəli insanlar kimi tanıyırıq, bilirik. Üstəlik də, hər ikisi də həqiqətən də çox dəyərli ədəbiyyat adamlarıdırlar, çox dəyərli ictimai xadimdilər. Üstəlik də, uzun illər ərzində Azərbaycan ədəbiyyatını həm ölkə içində, həm də ölkə dışında yetərincə layiqli şəkildə təmsil ediblər. O baxımdan onların jurnalistlərin suallarına belə təmkinsiz, nəzakətsiz reaksiya vermələri təəssüf doğurmaya bilməz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

“Düzdür, bəzi həmkarlarımız deyir ki, jurnalistlər də sualı düzgün qoymayıblar, kobud davranıblar və s. Jurnalist etikasını pozublar. Mən başa düşürəm jurnalist etikasının da pozulması halı mümkündür, amma istənilən halda bu cür təcrübəli adamların reaksiyası nəzakət dışında olmamalı idi. Onlar daha təmkinli cavab verməli idilər. Məsələn Çingiz Abdullayeva 203 min manatla bağlı yönələn sual onda niyə qıcıq yaratmalı idi, mən anlamıram? Pul ayrılıbsa, xərclənibsə, jurnalist sual verməlidir. Cəmiyyətin də haqqıdır, hüququdur ki, bunu öyrənsin. Sual düzgün qoyulmayıbsa belə, o, qaydııb sakitcə cavab verə bilərdi ki, bəli, o vəsaitin xərclənməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Bunu demək çətin məsələ idi? Yoxsa, utanmırsan, ölmürsən? Onu soruşarkən jurnalist niyə utanmalıdır, niyə ölməlidir ki?  Yəni, bu cür yanaşma mənə elə gəlir ki, qüsurludur, yanlışdır. Ona görə də, çox hörmətli Anar müəllimin də, Çingiz müəllimin də bu nəzakətsiz davranışa aydınlıq gətirməsinə zərurət var. Şəxsən mən onlarn yerinə olsam, çıxar cəmiyyət önünə və deyərəm ki, bəli qurultayın yorğunluğu, stress, gərginlik, qonaqların çoxluğu və s. səbəbindən yəqin ki, biz ifadələrimizi düzgün seçməmişik. Ümid edirik ki, buna görə cəmiyyət bizi anlayışla qarşılayar. Belə bir ifadə ilə işi həll etmək mümkündür mənə görə. Amma istənilən halda bu cür halların olması xoş deyil, şəxsən mənim üçün uyğun deyil. Eyni zamanda, buna görə jurnalistlərin də birbaşa ucdan tutma ittiham edilməsi əlbəttə ki, qəbul edilən deyil”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top